O, bildirib ki, qayını, həm də əmisi oğlu Vüqar Salmanovla birlikdə yeyib-içiblər. Məclisdə Vüqar Salmanovun qardaşı Kazım da iştirak edib. Vüqar yeznəsi Əfqana deyib ki, qohumları televizor və DVD aparatı satır. O, televizoru özünə, DVD aparatını isə Əfqana alacağını vəd edib. Yeyib-içən qohumlar üçlükdə avadanlıqları almağa gediblər.
Televizor və DVD aparatını alan Vüqar Salmanov son anda fikrini dəyişib və hər ikisini özünə götürəcəyini deyib. Bu səbəbdən Əfqan Yusibovun əmisi oğulları Vüqar və Kazım Salmanovlarla mübahisəsi düşüb. Mübahisə zamanı DVD aparatı yerə düşüb və sınıb.
Həmin vaxt ayrılan qohumlar bir qədər sonra yaşadıqları evin qarşısında bir daha üz-üzə gəliblər. Əfqan Yusibovun sözlərinə görə, qayını Vüqar Salmanov evdən bıçaq da götürüb. Dava zamanı bıçağı qayınının əlindən alan Əfqan ona ürək nahiyəsindən bir zərbə endirib. Vüqar Salmanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Əfqan Yusibov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, rayon Prokurorluğunda faktla bağlı araşdırmalar davam etdirilir.
İnterpress.az