Deputat bəzi dövlət qurumlarının ləğvini təklif etdibackend

Deputat bəzi dövlət qurumlarının ləğvini təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çıxış edən deputat Zahid Oruc bildirib ki, “Meliorasiya və Su Təsərrüfatı ASC aqrar yöndə fəaliyyət göstərir və dövlət aqrar sahədə Kənd Təsərrüfatı Nazirliyini məsul saydığı üçün ASC-ni bu nazirliyə birləşdirmək lazımdır.

Deputat həmçinin qeyd edib ki, Dövlət Qulluğu Məsələləri Komissiyasının fəaliyyəti də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə eyni missiya daşıdığı üçün bu iki qurumu birləşdirmək lazımdır: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İqtisadiyyat və Sənaye Nazirliyinə birləşdirilməsi daha əhəmiyyətlidir. Bu o demək deyil ki, həmin qurumlar birləşdirilərsə, işçilər ixtisara salınacaq, ştatlar ləğv olunacaq. Onlar öz ixtisaslarına görə işlə təmin olacaqlar”.

İnterpress.az