İnterpress.az xəbər verir ki, İngiltərədə fevralın 1-də 20-dən artıq məscid “Məscidimi ziyarət et” başlığıyla qapılarını hamının üzünə açıq elan edib. Bununla islama və məscidlərə qarşı mənfi təsəvvürü ortadan qaldırmaq, daha çox məlumatlandırmaq istədiklərini bildiriblər.
“Channel 4” xəbər kanalının aparıcılarından Keti Nyuman kampaniya ilə bağlı Londonun cənubundakı Stritham məscidini ziyarət etmək istəyib. Myumanın sözlərinə görə, o, məscidə buraxılmayıb. Bunu “Twitter” hesabında yazandan sonra məscidə qarşı hədə-qorxular səsləndirilib.
Ancaq sonradan aydın olub ki, Stritham məscidi bu kampaniyaya qoşulmayıb. Məscidin qapısındakı təhlükəsizlik kamerasındakı görüntülər jurnalistin yalanını üzə çıxarıb. Belə ki, videoda Nyumanın məscidə girdiyi, ayaqqabılarını çıxararkən məscidin işçisiylə danışdığı və sonra ayaqqabılarını geyinərək oradan çıxıb getdiyi görünür.
Bundan sonra aparıcı “Twitter” hesabında müsəlmanlardan üzr istəyərək peşiman olduğunu deyib.
İnterpress.az