Qoca müsəlman qadın İŞİD-i lənətlədi – VİDEObackend

Qoca müsəlman qadın İŞİD-i lənətlədi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisənin Suriyada baş verdiyi ehtimal olunur.

Qadın onları “şeytan” adlandırır və “Allaha qayıtmağa” çağırır. Qarı silahlıların etdiyini “haram” adlandırıb. Qadının sözlərinə görə, nə Bəşər Əsəd, nə də İŞİD qalib gələcək, çünki onlar zorakılıqdan istifadə edirlər: “Siz bir-birinizi eşşək kimi öldürürsünüz”.

Söhbət zamanı İŞİD-çilər dəfələrlə qadının sözünü kəsib ona qulaq asmaq üçün vaxtlarının olmadığını deyiblər. Onlar qocanı İŞİD şüarı ilə (“Biz sizə müharibə ilə gəldik”) qorxutmağa çalışıblar. Ancaq bunlar qadına elə də təsir etməyib.

“Biz sizə qədər xeyli nəsilləri onlar düzgün olmadıqları üçün məhv etdik, biz günahkarlara əməllərinə görə cəza verdik. Allah hər şeyi görür” deyə qadın bildirib. O həmçinin İŞİD-çilərin cənnətə getməyəcəklərini də deyib.

Qocanın sonrakı taleyi barədə məlumat yoxdur.

İngiltərənin “The Daily Mirror” qəzetinin məlumatına görə videokadr İŞİD-çilərin bazalarından birindən ələ keçirilib.

İnterpress.az