Bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunub. Belə ki, Məcəllənin 198-ci (Bilə-bilə yalan reklam etmə) maddəsi üzrə 198.1-ci maddənin sanksiyası dəyişdirilir.
Dəyişikliyə görə, əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda, cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək islah işləri, yaxud 1 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Bəndin hazırda qüvvədə olan cəzası isə belədir:
1000 manatdan 5000 manata qədər cərimə və ya 1 ilə qədər həbs. 198.2-ci maddə üzrə nəzərdə tutulan dəyişikliyə əsasən isə eyni əməllər külli miqdarda ziyan vurduqda, cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Bu bəndin də hazırda qüvvədə olan variantı belədir: İki ilədək müddətə islah işləri və ya eyni müddətə həbs. Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İnterpress.az