2024-сü ilin ilk altı ayı ərzində mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 356 kriminal qrup zərərsizləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə iyulun 12-də Daxili İşlər Nazirliyində 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, bu kriminal qruplardan 119-u ağır və xüsusilə ağır cinayətlər törədib.
“Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 179 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılıb və 296 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib”, – iclasda bildirilib.