Yeni koronavirus ştammı Rusiyaya və digər ölkələrə yayıla bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Kanadada aşkarlanan və ABŞ ilə Avropada yayılmağa başlayan PJ.2.1 adlı yeni COVID-19 variantının daha sürətlə yayıla biləcəyi bildirilir.
Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) ölkədə bu ştamma yoluxma hallarının hələ qeydə alınmadığını açıqlayıb.
Məlumata görə, yeni ştamm ilk dəfə 2026-cı ilin mayında aşkarlanıb. Qurumun bildirdiyinə əsasən, PJ.2.1 variantı xəstəliyin daha ağır keçməsinə səbəb olmur.
Xuraman Etibarlı
İnterpress.az






