Keçmiş “Vaqner” döyüşçüsü ailəsinə HÜCUM ETDİ – VİDEObackend

Keçmiş “Vaqner” döyüşçüsü ailəsinə HÜCUM ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novosibirskdə “Vaqner”in keçmiş döyüşçüsü həyat yoldaşını və azyaşlı oğlunu döyüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Novosibirsk şəhərində 48 yaşlı Yevgeni adlı şəxs oktyabrın 19-da sərxoş vəziyyətdə həyat yoldaşı, 32 yaşlı Kseniya və onların 1,5 yaşlı oğluna hücum edib.

Qadının sözlərinə görə, hadisədən əvvəl ailədə münaqişə olmayıb. Uşağa baş nahiyəsinin çoxsaylı əzilmələri, qadına isə kəllə-beyin travması və qanaxma ilə müşayiət olunan beyin əzilməsi diaqnozu qoyulub.

Kseniya bildirib ki, həyat yoldaşı ehtiyatsızlıqdan adam öldürməyə görə cəza çəkib, təxminən altı ay əvvəl “Vaqner” özəl hərbi şirkətinə qoşulub və döyüşlərdə kontuziya alıb.

Məlumata görə, xəsarətlərin ağırlığına baxmayaraq, Yevgeni xırda xuliqanlığa görə inzibati qaydada cərimələnib və üç gün sonra sərbəst buraxılıb.

Hazırda onun azadlıqda olduğu, telefonunun söndürüldüyü, lakin ailəsinin ünvanını bildiyi qeyd olunur.

Kseniya və oğlu hazırda qadının valideynlərinin evində qalırlar. Qadın cinayət işi üzrə istintaqın davam etdirilməsinə nail olmağa çalışır.

Xuraman Etibarlı

İnterpress.az