Yekaterinburqda qanunsuz dini qruplaşmanın fəaliyyəti dayandırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən qanunsuz fəaliyyət göstərdiyi bildirilən vəhhabi yönümlü dini qruplaşma aşkarlanıb.
Məlumata görə, təşkilat 2025-ci ilin sonlarından fəaliyyət göstərib, toplantılarda yüzlərlə islamçı iştirak edib.
Qruplaşmanın tərkibində dörd islamçı dini təriqətin fəaliyyət göstərdiyi bildirilir.
Dini toplantıların və ayinlərin keçirildiyi məkanlardan biri Yekaterinburqdakı 4 saylı tərəvəz bazasının ərazisində yerləşib.
Dörd qruplaşmanın rəhbərləri Rusiya İnzibati Xətalar Məcəlləsinin 5.26-cı maddəsi ilə — vicdan azadlığı, dini etiqad və dini birliklər haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətə cəlb ediliblər. Onlara 40 min rubla (təxm. 830 man) qədər cərimə təyin olunub.
Rəhbərlərdən ikisinin xarici ölkə vətəndaşı olduğu bildirilir. Onlar Rusiyadan deportasiya edilib və ölkəyə girişlərinə 50 il müddətinə qadağa qoyulub.
Xuraman Etibarlı
İnterpress.az






