Xiaomi ayaqqabı yumaq üçün xüsusi paltaryuyan maşın təqdim edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Xiaomi şirkəti eyni vaxtda 2–4 cüt ayaqqabı yumaq üçün nəzərdə tutulan Mijia Shoe Washer 3KG cihazını təqdim edib.
Qurğu ayaqqabının üst hissəsindəki, altlığındakı və daxili astarındakı çirkləri təmizləyir.
Yuma zamanı ayaqqabının bağlarını çıxarmağa ehtiyac yoxdur. Cihazda gündəlik istifadə üçün 20 dəqiqəlik sürətli yuma rejimi də mövcuddur.
Maşın idman ayaqqabıları, gündəlik və uşaq ayaqqabıları, eləcə də ev başmaqları üçün nəzərdə tutulub.
Məhsulun qiyməti 195 dollar, yəni təxminən 331 manat təşkil edir.
Xuraman Etibarlı
İnterpress.az






