Türkiyədə maaş borclarını tələb edən mədənçilərə qarşı bibər qazından istifadə olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Manisa vilayətinin Soma şəhərindən prezident Rəcəb Tayyib Ərdoğana müraciət etmək və ödənilməmiş maaşlarını almaq məqsədilə Ankaraya piyada yola çıxan aclıq aksiyası keçirən mədənçilərin qarşısı polis kordonları ilə kəsilib.
Polis onların qarşısını almaq üçün bibər qazından istifadə edib.
Məlumata görə, mədənçilər hələ də Kırkağaç rayonunun Bakır ərazisində müəssisənin qarşısında gözləyirlər. Onlar əməkhaqqı borclarının ödənilməsini tələb edirlər.
Xuraman Etibarlı
İnterpress.az






