Sülh üçün dünyaya Azərbaycan təcrübəsi vacibdir – Tənzilə Rüstəmxanlı yazırbackend

Sülh üçün dünyaya Azərbaycan təcrübəsi vacibdir – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin miqyası, beynəlxalq nüfuzu, onların əhatə etdikləri mövzuların qlobal əhəmiyyət dərəcəsi onu göstərir ki, bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu və yeri kifayət qədər yüksəkdir. Bu tədbirlər, beynəlxalq toplantılar həm də Azərbaycan Prezidentinin qeyd etdiyi kimi qeyri-sabit regionda sabitlik adası kimi tanınan dövlətimizin bəşəriyyətin ortaq problemlərinin həllinə, xalqlar və mədəniyyətlər arasında anlaşmanın möhkəmlənməsinə öz töhfəsi kimi yadda qalır.

media-whatsapp-image-2025-12-17-at-21-04-54-1

Bu baxımdan “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq” devizi altında Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da böyük əhəmiyyət kəsb edir. Tədbirin əsas məqsədi gənclərin birliyini, həmrəyliyini və fəallığını nümayiş etdirmək, həmçinin mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və sülh dəyərlərini təşviq edərək bu mesajları geniş auditoriyaya çatdırmaqdır.

Dövlət başçısı İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışı da bir daha  tolerantlığın və multikulturalizmin  Azərbaycanda sadəcə bir şüar və ya hüquqi norma deyil, cəmiyyətin real həyat tərzi,  dövlətin uzunmüddətli strateji kursu olduğunu təsdiqlədi. Bununla bərabər Azərbaycan lideri ölkəmizdə mövcud olan həmrəylik və qarşılıqlı anlaşma mühitinə toxunaraq milli ideyamız olan azərbaycançılıq məfkurəsinin ölkəmizdə yaşayan bütün xalqları bir araya gətirdiyini diqqətə çatdırdı.

Bütün dünya bu birliyin gücünü İkinci Qarabağ müharibəsində aydın şəkildə gördü. Məhz bu məqamı əsas tutaraq dövlətimizin başçısı haqlı olaraq bəyan etdi ki, ikili standartlar, eyni zamanda ayrı-ayrı dairələrin başqa ölkələrə onların həyat tərzi ilə bağlı dərs verməyə çalışmasında özünü göstərir. Prezident bu yanaşmanı kəskin tənqid edərək bildirdi ki, kiməsə mühazirə oxumağa çalışan dairələr ilk növbədə özlərinə sual verməlidirlər. Azərbaycanın 35 illik müstəqillik tarixinin reallıqları fonunda Prezident İlham Əliyevin diqqətə çatdırdığı uğurlarımızdan da bəhs edib.

Ölkə Prezidenti çıxışında Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən də geniş bəhs edərək bildirdi ki, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimizi azad etdik. Biz beynəlxalq hüququ, ədaləti bərpa etdik.

Biz öz gücümüz hesabına BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etdik. Amma bu gün biz meydana çıxan yeni müharibələri görürük. Azərbaycanın leçdiyi təcrübəyə nəzər salınmalı, müharibə tərəfləri bunu tədqiq etməlidir. Ölkəmizin nümunəsi göstərir ki, münaqişələrin aradan qaldırılması, davamlı sülhün təmin olunması və gələcək qarşıdurmaların qarşısının alınması üçün siyasi iradə və konkret addımlar vacibdir.

Müasir dünyada dini və milli zəmində ayrı-seçkiliyin, qarşıdurmaların və etimadsızlığın artdığı bir şəraitdə belə platformaların fəaliyyəti olduqca əhəmiyyətlidir. Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə dünyanın mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə, qarşılıqlı anlaşmadan isə ortaq gələcəyə aparan yolunu müəyyənləşdirir. Bu yanaşma Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bir daha aydın şəkildə nümayiş olundu.