Çin şirkəti Fransadakı iğtişaşlardan pulsuz reklam fürsəti kimi yararlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Çinin Henan əyalətində fəaliyyət göstərən “Hensinfen” şüşə istehsalçısı Fransada baş verən iğtişaşların nəticələrindən reklam məqsədilə istifadə edib.
Şirkət sosial şəbəkələrdə video yayımlayaraq məhsullarına diqqət cəlb edib.
Məlumata görə, reklam çarxının çəkilişinə heç bir vəsait xərclənməyib, buna baxmayaraq, şirkətin tanıtımı xeyli genişlənib.
Xuraman Etibarlı
İnterpress.az






