Kişi sevgilisini və onun 14 yaşlı qızını ÖLDÜRDÜ – Sonra İNTİHAR ETDİbackend

Kişi sevgilisini və onun 14 yaşlı qızını ÖLDÜRDÜ – Sonra İNTİHAR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada kişi birlikdə yaşadığı qadını və onun 14 yaşlı qızını güllələyərək öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Çelyabinsk şəhərində 39 yaşlı Vyaçeslav birlikdə yaşadığı qadını və onun 14 yaşlı qızını güllələyərək öldürüb, daha sonra isə intihar edib.

Məlumata görə, kişi əvvəlcə qadını, daha sonra məktəbli qızı güllələyib.

Hadisə zamanı 10 və 12 yaşlı iki oğlan uşağı binanın girişinə qaçaraq kömək çağırmağa nail olub. Mənzildə qalan körpə isə xəsarət almayıb.

Bildirilib ki, Vyaçeslav özəl mühafizə şirkətində mühafizəçi işləyib və silaha çıxışı olub. O, hadisədən bir neçə gün əvvəl ezamiyyətdən qayıdıb.

Xuraman Etibarlı

İnterpress.az