Volqoqrad vilayətində sərnişin qatarı relsdən çıxıb.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. İyulun 29-da Volqoqrad vilayətində Kazan-Adler sərnişin qatarı relsdən çıxıb.
Hadisə şahidləri dəmir yolu keçidində KAMAZ markalı yük maşınının toqquşmasından danışır.
Kotelnikovo stansiyası yaxınlığında dəmir yolu qəzası baş verib. Kazan-Adler qatarının içərisində insanların olduğu 7-8 vaqon aşıb və özüboşaldan yük maşını ilə toqquşub.
Nəticədə 100-ə yaxın insan xəsarət alıb
Mümkün ölənlər və yaralananlar barədə məlumat yoxdur.
Xuraman Etibarlı
İnterpress.az