İran Körfəzdə 700 min litr neft daşıyan tankeri saxlayıb.
interpress.az xəbər verir ki, bu barədə ” Tasnim” məlumat yayıb. Bildirilir ki, SEPAH Körfəzdə 700 min litr neft daşıyan tankeri saxlayıb.
“İran İslam İnqilabı Keşikçiləri Korpusu Fars körfəzində Dubayda yaşayan iraqlıya məxsus Toqo bayrağı altında 700 min litr qaçaqmal neft daşıyan “Pearl G” tankerini saxlayıb”, – nəşr yazıb.
Xuraman Etibarlı
İnterpress.az