Üzünə qonan milçəyi öldürən şəxsin gözü KOR OLDU – FOTObackend

Üzünə qonan milçəyi öldürən şəxsin gözü KOR OLDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinli üzünə qonan kiçik milçəyi vurub və bir gözünü itirib.

interpress.az xəbər verir ki, bu barədə “Oddity Central” məlumat ayıb. Nəşr yazır ki, Çində bir adam üzünə qonan kiçik milçəyi vurub və bir gözündən məhrum olub.

Hadisə Vu adlı şəxslə baş verib. O, başının ətrafında uçan milçəkdən o qədər yorulmuşdu ki, üzünə enənə qədər gözləyib və sonra onu vurub.

Bir saat sonra çinlinin sol gözü qızarıb, şişib və ağrımağa başlayıb. Bir müddət sonra vəziyyəti pisləşib və o, xəstəxanaya getməyə qərar verib.

Həkimin təyin etdiyi dərmanlar kömək etməyib, göz ağrımağa davam edib. Vu xəstəxanaya qayıdanda artıq bir gözü kor olub. Məlum olub ki, həşərat bakterial infeksiya daşıyır.

Dərmanlar artıq infeksiyanı dayandıra bilməyib və o, insanın beyninə keçə bildiyi üçün həkimlər xəstənin sol göz bəbəyini çıxarmaq üçün əməliyyat keçirməyə qərar veriblər.

Xuraman Etibarlı

İnterpress.az