Britaniya rusiyalı iş adamını 1 milyon dollara yaxın cərimələyib.
interpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilir ki, Britaniya rusiyalı iş adamı Pyotr Aveni sanksiyalardan yayındığına görə 960 min dollardan çox cərimələyib.
“Rusiyalı milyarder Pyotr Avenin əmlak meneceri Britaniya polisinin sanksiyalardan yayınma ilə bağlı təxminən iki il davam edən təhqiqatına son qoymaq üçün 750 min funt-sterlinqdən (963 min 260 dollar) çox geri qaytarılmasına razılıq verib.
Bundan əlavə, əvvəllər Avenin London yaxınlığındakı malikanəsindən müsadirə edilmiş minlərlə funt-sterlinq nağd pul da “cinayətdən əldə edilən gəlirlər” qanunu çərçivəsində dövlətə təhvil verilib”, – materialda deyilir.
Xuraman Etibarlı
İnterpress.az