Rusiyada hərbi xidmət 2 ilə qədər artırılacaq.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası Dövlət Dumasının aşağı palatasının mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilir ki, Rusiya ordusunda hərbi xidmət 2 ilə qədər artırılacaq.
“Dövlət Duması sessiyanın sonuna qədər Rusiya Federasiyasının yeni vətəndaşları üçün xidmət müddətinin 2 ilə qədər artırılması və çağırış yaşının artırılması ilə bağlı düzəlişlərə baxa bilər”, – məlumatda deyilir.