İsrail Paris Olimpiadasında öz idmançılarının təhlükəsizliyini gücləndirib.
interpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Bildirilir ki, İsrail HƏMAS Siyasi Bürosunun rəhbəri və “Hizbullah”ın yüksək rütbəli komandirinin öldürülməsi ilə əlaqədar Paris Olimpiadasında öz idmançılarının təhlükəsizliyini gücləndirib.
İsrail milli komandasının nümayəndələri mühafizəçilərin sayını artırıblar. Bundan əlavə, təhlükəsizlik protokolları sərtləşdirilib.
Həmçinin bildirilir ki, İsrail Livanla sərhəddə yaranan gərginliyə görə şimal hissəsində hava məkanını bağlamaq qərarına gəlib.
Xuraman Etibarlı
İnterpress.az