Livan İsraillə müharibə istəmir və gərginliyin azaldılmasında maraqlıdır.
interpress.az xəbər verir ki, bu barədə Livanın rabitə naziri Coni Karm hökumətin növbədənkənar iclasından sonra RİA Novosti-yə bildirib.
Livan rəsmisi bildirib ki, Livan İsraillə müharibə istəmir, gərginliyin azaldılmasında maraqlıdır.
Karm əlavə edib ki, gərginliyin artması beynəlxalq ictimaiyyətin diplomatik səyləri ilə cilovlanır.
“Diplomatik fon İsraillə qarşıdurmanın artmasına kömək etmir”, – o deyib.
Xuraman Etibarlı
İnterpress.az