Seçicilərlə mədəniyyət məsələləri müzakirə olundu – FOTObackend

Seçicilərlə mədəniyyət məsələləri müzakirə olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 30-da 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizəd Gülşən Paşayeva Binə Mədəniyyət Mərkəzində  seçicilərlə təbliğat-təşviqat kampaniyası çərçivəsində mədəniyyət məsələlərinə həsr olunmuş son görüşünü keçirib.

Öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Gülşən Paşayevanın vəkilləri – AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, siyasi elmlər doktoru, professor Rəna Mirzəzadə, əməkdar mədəniyyət içisi Faiq Əliyev,  Milli Aviasiya Universitetinin İqtisadiyyat və Hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə və AMEA-nın Arxeologiya və Antropologiya İnistitutunun aparıcı elmi işçisi, Abşeron Arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri üzrə fəlsəfə doktoru İdris Əliyev çıxış ediblər.

Görüşü giriş sözü ilə açan vəkil Rəna Mirzəzadə seçiciləri Gülşən Paşayevanın şəxsi və professonal keyfiyyətləri haqqında məlumatlandıraraq, namizədin tələbkar və məsuliyyətli bir şəxs olduğunu diqqətə çatdırıb və seçiləcəyi təqdirdə Binə və Qala qəsəbələrində yaşayan sakinlərin problemlərinin həlli istiqamətində səy göstərəcəyinə inandığını bildirib.

İnkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin zəfər seçkiləri olduğunu bildirən vəkil Faiq Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan mədəniyyəti sürətli inkişaf yoluna qədəm qoyub. O, Gülşən Paşayevanın mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğuları ilə bağlı olduğunu diqqətə çatdırıb.

Vəkil Ayxan Rüstəmzadə səsvermə prosesində hər bir seçicinin iştirak etməsinin seçki mədəniyyətinin inkişaf etməsinə və təkmilləşməsinə xidmət göstərdiyini qeyd edib. O, Gülşən Paşayevanın deputat seçiləcəyi təqdirdə seçicilərin problemlərini səlahiyyətləri çərçivəsində aidiyyəti orqanlar qarşısında qaldıracağını və hər zaman vətəndaşların yanında olacağını bildirib.

Tarix elmləri üzrə fəlsəfə doktoru İdris Əliyev Binə və Qala ərazisindəki maddi mədəniyyət nümunələrindən və tarixi abidələrdən danışıb. O vurğulayıb ki, bu ərazilərdəki tarixi və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı naminə seçicilər Gülşən Paşayevanı dəstəkləməlidirlər.

Görüşdə çıxış edən namizəd Gülşən Paşayeva seçki platformasında mədəniyyət məsələlərinə diqqət verildiyini bildirərək, Binə və Qala ərazisində mövcud olan mədəni və tarixi abilərin qorunmasının və bərpa ediməsinin əhəmiyyətindən danışıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.

Yekunda iştirakçıların problemləri və təklifləri dinlənilib, xatirə şəkilləri çəkilib.