HƏMAS-ın öldürdüyü rusun arvadı onları ziyarətə gələn Netanyahu ilə GÖRÜŞMƏDİ – FOTObackend

HƏMAS-ın öldürdüyü rusun arvadı onları ziyarətə gələn Netanyahu ilə GÖRÜŞMƏDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzzada ölən rusiyalının arvadı onlara baş çəkməyə gələn Netanyahu ilə görüşməkdən imtina edib.

interpress.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Bildirirlir ki, Qəzza zolağında dünyasını dəyişən rusiyalı Aleksandr Lobanovun dul arvadı valideynlərinə baş çəkməyə gələn İsrailin baş naziri Netanyahu ilə görüşməkdən imtina edib.

Netanyahu şəxsən başsağlığı vermək üçün sentyabrın 3-də İsrailin cənubundakı Aşkelondakı Lobanovların evinə gəlib. Onunla qətlə yetirilən şəxsin valideynləri görüşüb, lakin arvadı görüşdən imtina edib.

Sentyabrın 1-də Netanyahu onlara zəng edərək oğlunu sağ xilas etmək mümkün olmadığına görə üzr istəyib.

Lobanovun iki övladı qalıb, onlardan biri Fələstin HƏMAS hərəkatının əsarətində olduğu dövrdə doğulub.

Xatırladaq ki, HƏMAS yaraqlıları Lobanovu oktyabrın 7-də, İsrailə hücum edən gün qaçırıblar. Həmin şəxs “Nova” musiqi festivalında işləyirdi və bir neçə nəfəri xilas edə bilib.

Xuraman Etibarlı

İnterpress.az