Latviyalı sərxoş sürücülər Ukraynanı avtomobillə TƏMİN EDƏCƏKLƏRbackend

Latviyalı sərxoş sürücülər Ukraynanı avtomobillə TƏMİN EDƏCƏKLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviyalı sərxoş sürücülər Ukraynanı avtomobillə təmin edəcəklər.

interpress.az xəbər verir ki, bu barədə “delfi” məlumat yayıb.

Bildirilir ki, Latviya hökuməti sərxoş halda tutulan sürücülərdən müsadirə edilən daha 18 avtomobili Ukraynaya bağışlamaq qərarına gəlib.

Müsadirə edilmiş bütün avtomobillərin ümumi dəyəri 94 680 avro təşkil edir.

Qeyd etmək lazımdır ki, Latviyada spirtli içki və ya narkotik vasitənin sərxoş vəziyyətdə avtomobil idarə etməsinə görə sürücü cinayət məsuliyyətinə cəlb olunacaq, cərimə və avtomobil müsadirə olunacaq.

Xuraman Etibarlı

İnterpress.az