Ermənistan hökumətinin iclası zamanı işıqlar söndürülüb.
interpress.az xəbər verir ki, bu barədə ERS-in Direktorlar Şurasının sədri Karen Darbinyan bu gün jurnalistlərlə söhbətində bildirib. O deyib ki, hökumətin iclası zamanı onların səlahiyyətlərinə aid olmayan DSK-da iş aparıldığı üçün işıqlar söndürülüb.
“İrəvan şəhərinin yarısının elektrik enerjisi kəsilib, Armavir rayonunun yarısının əlaqəsi kəsilib, buna görə çoxlu zəhg alırıq. Avqustun 7-də Opera Teatrında tamaşa zamanı elektrik enerjisinin kəsilməsi teatrın şəbəkə balansındakı nasaz transformatorla bağlı olub”, – Darbinyan qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az