“Azov” döyüşçüləri Donetsk vilayətinin bir hissəsinə nəzarəti bərpa edib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
“Azov” döyüşçüləri Donetsk vilayətinin Nyu-York kəndinin bir hissəsinə nəzarəti bərpa edib və düşmən tərəfindən mühasirəyə alınan Ukrayna Silahlı Qüvvələrini azad ediblər.
Hərbçilərin sözlərinə görə, briqadanın Toretski istiqamətində döyüş əməliyyatlarına cəlb edildiyi vaxt vəziyyət fəlakətli olsa da, nəticədə onu sabitləşdirmək, kəndin bir hissəsini nəzarətə qaytarmaq və Müdafiə Qüvvələri əsgərlərinə kömək etmək mümkün olub.
“Hazırda vəziyyət gərgin olaraq qalır. Gün ərzində ruslar briqadanın məsuliyyət zonasında 15-ə qədər hücum həyata keçirirlər. Lakin son dərəcə şiddətli döyüşlərə baxmayaraq, döyüşçülərimiz xətti tutaraq uğurla əks-hücuma keçirlər”, – “Azov”çular deyir.
Xuraman Etibarlı
İnterpress.az