İsveç Ukraynaya 443,5 milyon dollar məbləğində hərbi YARDIM AYIRDIbackend

İsveç Ukraynaya 443,5 milyon dollar məbləğində hərbi YARDIM AYIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç Ukraynaya 443,5 milyon dollar məbləğində hərbi yardım paketi ayırıb.

İnterpress.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Yonson mətbuat konfransında bildirib.

Yonson deyib ki, İsveç Ukraynaya 4,6 milyard kron (443,5 milyon dollar) məbləğində 17-ci hərbi yardım paketini ayırıb.

O, 17-ci hərbi yardım paketinin “Ukraynanın tələbi ilə tərtib edildiyini” açıqlayıb.

Buraya tank sursatları, Pansarbandvagn 302 zirehli personal daşıyıcısı üçün kamuflyaj, PUA-lar üçün təchizat, qış geyimləri, altı Stridsbåt 90 hücum kateri, Robot 70 insan daşına bilən hava hücumundan müdafiə sistemləri, qoruyucu maskalar, avadanlıq və maliyyə yardımı daxildir.

Xuraman Etibarlı

İnterpress.az