Orenburq vilayətində neft kəməri yanır.
İnterpress.az xəbər verir ki, bu barədə “İzvestiya”nın mənbəsi məlumat verib.
Orenburq vilayətinin Qarşino kəndi ərazisində neft kəmərinin qırılması nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Qarşinskoye yatağının ərazisində qaynaq işləri aparılıb. Yanğın qəfil başlayıb və hələ də söndürülür.
Fövqəladə vəziyyətin dəqiq səbəbi açıqlanmır.
Xuraman Etibarlı
İnterpress.az