Qırğızıstanda niqab və ya burka qadağası heç bir şəkildə İslam normalarını pozmur.
İnterpress.az xəbər verir ki, bu barədə ilahiyyatçı Kadır Məlikov müsahibəsində bildirib.
“Üzü tamamilə örtən bu geyim növü əsasən ərəb dünyasında qəbul olunub və onun geyinilməsi bütün müsəlmanlar üçün məcburi deyil.
İndi təhlükəsizlik riskləri artıb və insanların şəxsiyyətini müəyyən etmək üçün dövlətin üzün tamamilə örtülməməsini tələb etmək hüququ var”, –
deyə Dini Qurumlarla İş üzrə Dövlət Komissiyası direktorunun müşaviri, “Din, hüquq və siyasət” müstəqil analitik mərkəzinin direktoru Kadır Məlikov vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az