İsrailin müdafiə naziri HƏMAS ilə 6 həftəlik atəşkəsin TƏRƏFDARIDIRbackend

İsrailin müdafiə naziri HƏMAS ilə 6 həftəlik atəşkəsin TƏRƏFDARIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin müdafiə naziri HƏMAS ilə altı həftəlik atəşkəsin tərəfdarıdır.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant jurnalistlərə bildirib. O deyib ki, Qəzzada saxlanılan girovların azad edilməsi üçün döyüşlərdən sonra ən azı altı həftəlik fasilə üçün şərait yetişib.

Bununla belə, o, HƏMAS-ın tələb etdiyi kimi, hərbi əməliyyatların daimi dayandırılmasını öhdəsinə götürməyəcək.

İsrailin baş naziri Benyamin Netanyahu isə yeni məsələ qaldıraraq, İsrailin Qəzzanın Misirlə sərhədi boyunca qeyri-müəyyən müddətə strateji dəhlizdə qalmalı olduğunu deyib.

Xuraman Etibarlı

İnterpress.az