“Marafonlar kraliçası”nın əri Aleksey Blinovski Ukraynada döyüş zonasında saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının mətbuata verdiyi məlumata görə, “marafonlar kraliçası”nın əri Aleksey Blinovski “xüsusi əməliyyat zonasında” saxlanılıb.
Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyi Alekseyi axtarışa verib.
Əvvəllər bunun əsasını Rusiya Federasiyası Cinayət Məcəlləsinin vergidən yayınma maddəsi təşkil edirdi.
Son məlumata görə, o, Ukraynada 5-ci motoatıcı briqadanın hücum bölməsində xidmət edir və Krasnoqorovka yaxınlığındakı döyüşlərdə iştirak edirdi.
Beş ay ərzində o, iş materialları ilə tanış olmaq üçün müstəntiqlərin qarşısına çıxmayıb.
Xuraman Etibarlı
İnterpress.az