Bavariyada hərbçilərə hücumun QARŞISI ALINDI – Həbs olunan VARbackend

Bavariyada hərbçilərə hücumun QARŞISI ALINDI – Həbs olunan VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bavariyada hərbçilərə xəncər hücumu planlaşdıran suriyalı həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “European Pravda” nəşri yazıb. Bildirilir ki, Bavariyanın Hof şəhərində polis əsgərlərə hücum planlaşdırdığı iddia edilən 27 yaşlı suriyalını həbs edib.

Münhen Baş Prokurorluğu Bundesver hərbçilərinə hücum planlaşdırmaqda şübhəli bilinən islamçı şəxsin həbs edildiyini təsdiqləyib.

Müstəntiqlər cümə günü bildiriblər ki, həmin şəxs Bavariyanın Hof şəhərinin mərkəzində nahar fasiləsi zamanı əsgərlərə hücum etmək və mümkün qədər çoxunu öldürmək istəyib.

Bir neçə gün əvvəl 27 yaşlı Suriya vətəndaşı bu məqsədlə iki xəncər alıb.

Münhen Baş Prokurorluğunun məlumatına görə, o, dövləti təhdid edən ciddi zorakılıq aktı hazırlamaqda şübhəli bilinir.

O, əsgərlərə hücum edərək, əhali arasında ajiotaj yaratmaq, özünə inamsızlıq hissi yaratmaq istəyib.

Xuraman Etibarlı

İnterpress.az