Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş davam edir.
İnterpress.az xəbər verir ki, “Haas” komandasının pilotu Oliver Berman yarış zamanı qəza törədib.
Britaniyalı sürücünün idarə etdiyi bolid təhlükəsizlik maneəsinə çırpılıb. Nəticədə qırmızı bayraq qaldırılıb və fasilə yaranıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.