Hücumdan əvvəl Qizatulinin PAYLAŞIMI: “Məktəb azyaşlı uşaqların kölə olması üçün yaradılıb” – FOTObackend

Hücumdan əvvəl Qizatulinin PAYLAŞIMI: “Məktəb azyaşlı uşaqların kölə olması üçün yaradılıb” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hücumdan bir neçə saat əvvəl Çelyabinskdə cinayət törədən yeniyetmə sosial şəbəkədə qəribə paylaşım edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, hücumdan bir neçə saat əvvəl sinif yoldaşlarına və müəllimlərinə çəkiclə hücum edən yeniyetmə Roman Qizatulin sosial şəbəkədəki səhifəsində qəribə paylaşım edib.

“Məktəb azyaşlı uşaqların kölə olması üçün yaradılıb. Məktəblərdə nəyin yaxşı, nəyin pis olduğunu öyrədirlər, amma əslində yaxşı və pis yoxdur”, – Qizatulin yazıb.

Onun paylaşımında köləlik, siyasət, nasizm və söz azadlığından bəhs edilir.

Xuraman Etibarlı

İnterpress.az