ABŞ Ermənistanı qaz kəmərində partlayışla hədələdi – Erməni mediası – FOTObackend

ABŞ Ermənistanı qaz kəmərində partlayışla hədələdi – Erməni mediası – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan bir neçə soyuq qışa hazır olmalıdır. Biz uzunmüddətli yardım göstərməyə hazır olmalıyıq”.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin ATƏT-dəki səfiri Daniel Baer bildirib. Bu xəbər erməniləri həddindən artıq həm qəzəbləndirib, həm də məyus edib.

Erməni mediası hesab edir ki, ABŞ Ermənistanı qaz kəmərində partlayışla hədələyib.

“Ştatlar dövlət terrorizmi praktikasını Ermənistana da yaymaqla davam etdirirlər. ABŞ-nin ATƏT-dəki səfiri Daniel Baer bildirib ki, “Ermənistan bir neçə soyuq qışa hazır olmalıdır. Biz uzun müddət yardım göstərməyə hazır olmalıyıq”.

Amerikalı diplomatın eyhamı hədsiz dərəcədə aydındır. Bunu bir vaxtlar ABŞ-nin “Şimal axını” və “Şimal axını 2”ni məhv edəcəyini deyən cənab Baydenin sözləri prizmasından qiymətləndirmək lazımdır. Həqiqətən də bir müddət sonra “Şimal axını” partladıldı.

İndi söhbət Ermənistanı təmin edən qaz kəmərini sıradan çıxarmaq təhlükəsindən gedir. Bu cür təxribatın kimin əli ilə həyata keçirilə biləcəyi maraqlıdır”, – media yazıb.

Xuraman Etibarlı

İnterpress.az