Rusiyada Çindən gətirilən toyuq ətində təhlükəli bakteriya aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiyada təhlükəli listeriya bakteriyaları ilə yoluxmuş Çindən gətirilən toyuq əti aşkarlanıb.
Məhsul ishal, qusmaya səbəb olur, hamilə qadınlarda uşaq düşmə və ölü doğum ehtimalını artırır.
Yoluxmuş ət Foods (Anhui) Company Limited şirkətinin tədarüklərində aşkar edilib. Rosselxoznadzor bütün partiyanı satşdan çıxarıb.
Xuraman Etibarlı
İnterpress.az