Dəməşqdə məsciddə izdiham baş verib, azı 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Dəməşqin mərkəzi Əməvi məscidində izdiham baş verib, azı 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
“YouTube” bloqçusu bu cümə günü Əməvi məscidində pulsuz yemək paylanılacağını Dəməşq sakinlərinə elan edib.
Çağırışdan sonra minlərlə insanın məscidə toplaşması izdihamla nəticələnib. Nəticədə üç qadın ölüb, beş uşaq isə ağır yaralanıb və ya huşunu itirib.
Video sosial şəbəkələrdə yayımlanıb.
Xuraman Etibarlı
İnterpress.az