Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov maraqlı təkliflə çıxış edib. Ekspert ali təhsilli çağırışçılardan hərbi xidmət müddətində aldıqları təhsil üzrə istifadə etməyin daha çox fayda verəcəyi qənaətindədir:
“Hesab edirəm ki, ali təhsil alan şəxslərdən hərbi xidmət zamanı öz sahələri üzrə istifadə olunması daha məqsədəuyğun olar.
Məsələn, kimsə humanitar sahə üzrə təhsil alıb, tutaq ki, hüquqşünaslığı bitirib. Biz isə onu hərbi xidmət zamanı texniki sahədə əsgər kimi xidmətə cəlb edirik. Amma bu insanın təhsili ondan daha səmərəli, daha məqsədəuyğun şəkildə faydalanmağa imkan verir. Əgər bir çağırışçı texniki təhsilə malikdirsə, ondan mühəndis qoşunlarında, artilleriya bölmələrində istifadə edilə bilər. Bütün bunların praktiki olaraq tətbiqi ciddi nailiyyətlər əldə etməyə imkan verər”. (Moderator.az)
İnterpress.az