Səmranın Avropası- lütlənmək üçün azad bir yer…backend

Səmranın Avropası- lütlənmək üçün azad bir yer…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Səmra Rəhimli deyir. Bu qız bu il Azərbaycanı \”Evrovision\” mahnı yarışmasında təmsil edib.

Siz Səmranı qınamayın, çünki o, aid olduğu toplumun \”güzgüsüdür\”. O toplum ki, Avropanı – Şepkspirlərin, Mozartların, Beethovenlərin, Balzakların, Höte-lərin, Şpenqler-lərin, Levy-Strauss-ların, Vivaldi-lərin, Evola-ların, Haydegger-lərin və adlarını sadalamağa sətirlərin, səhifələrin kifayət etməyəcəyi nəhəng filosof, sosioloq, etnososioloq, antropoloq, yazar, musiqiçi, rəssamlar və bəstəkarların yetişdiyi sivilizasiyanı, onun keçmişi, klassizmi, ənənəsi ilə deyil, məhz bu cürə – onun ilk gözə çarpan səthi əxlaqsızlığı ilə dərk edir: açılıb-tökülmək, soyunmaq, lütlənmək üçün azad bir yer, \”fərdiyyətçiliyin\” (əslində individualizm deyil, dividualzim) istənilən arzusunun reallaşa biləcəyi yer, cadulayıcı texnoloji yeniliklərin məskəni olaraq \”dərk edir\”.

Bununla da qalmır, o, və aid olduğu \”cəmiyyətin\” böyük parçası bu \”dərk\” və primitiv idrak səviyyələrinə alternativ də qəbul etmirlər. Çünki, Avropa sivilizasiyasını, onun insani və mənəvi dəyərlərini, spiritualizm üçün hayqıran düşünürlərini, nə qədər neqativliyi olsa da, bu gün onun müsbət çalarlarının fərqinə varmaq və anlamaq üçün bizim topluma son 30 ildə yad olan bir şey lazımdır – KİTAB (mütaliə – amma nə oxuduğunun və nə oxumalı olduğunun şüuruna varmaqla).

Biz öz milliliyimizdən, bizi bir millət kimi saxlayan dəyərlər və ənənələrimizdən qopduğumuz, onları qoruya bilmədiyimiz, qorumadığımız üçün, getdikcə ilkəlləşir, təfəkkür və intellektimiz hər gün deqradasiyaya uğrayır və degenerat fərdlər ortaya çıxır. Təbii olaraq, öz tarixi kimliyindən bixəbər olan bu degeneratların durub Avropa sivilizasiyanın keçdiyi yolu analiz etməsini və onun insani, spiritual dəyərlərini bölüşməsini gözləmək sadəcə üzəri sadəlöhvlük ilə örtülmüş axmaqlıq olardı.

Qəflət yuxusundan oyana bilməyən bir millət \”müasirlik\” geydirməsi ilə bir sivilizasiyanın ancaq və ancaq dəyərlərinin çürüməsini, gəncliyinin nihilist, feminist və parçalanmış \”it həyatını\” nümunə götürə və bundan həzz ala bilər. Ona görə ki, Avropanın tarixi fəlsəfəsi bütün perspektivləri ilə çox dərindir və o dəryaya qərq olub, özünün gələcəyi üçün mütərəqqi məqamları aşkar etmək, bizim kimi ibtidailəşən toplumun işi deyil.

Məqsədim, niyyəti 60 ildir homoseksualizmi, transseksuallığı təbliğ etmək olan bir \”musiqi yarışında\” ilişib qalmaq deyil, mənim milliyətimi, identikliyimi, etnoloji dəyərlərimi, milliliyimin kökündə yatan qadınlıq fəzilət və əzəmətini ayaqlar altına alan və üstəlik \”qüsursuzam\” deyərək, soyunaraq milliyətimi \”təmsil etdiyini\” zənn edən, bu \”təmsilçiliyə\” haqq qazandırıb, alqış yağdıran zombilərə susa bilməməyimdir. O, və onun kimi zombilərin (mənəvi bakteriyaların) insani inkişafın hansı mərhələsində qaldığı mənə məchuldur. Hər halda, zombi elə zombidir, görnüşü, geyimi nə olur olsun, bir ucubə kimi əsla inkişaf etmir (bioloji \”inkişaf\” istisna olmaqla). Onlar yaranır və ölür. Var olduğu hər an isə xalqın ruhuna mikrob və parazit kimi bulaşaraq zəhərləyir.

Sübhan Padarsoy

Bakı Dövlət Universitetinin tarix fakültəsinin məzunu