Bakıda polis əməkdaşları qəzaya düşdübackend

Bakıda polis əməkdaşları qəzaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1987-ci il təvəllüdlü Ruslan Nuriyevin idarə etdiyi “Fiat Doblo” markalı avtomobil Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Rövşən Əzimovun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə R.Nuriyev bel nahiyəsindən, onun sərnişini, 1989-cu il təvəllüdlü Elnar Aydınov baş nahiyəsindən xəsarət alıblar.

“Fiat Doblo” markalı avtomobilin sərnişinləri polis serjantlarıdır. Faktla bağlı araşdırma aparılır.(report)

İnterpress.az