Ərini öldürən qadına 12 il həbs cəzası verildibackend

Ərini öldürən qadına 12 il həbs cəzası verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş ərini öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Səbinə İmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Rauf Əliyev sədrlik edib. Prosesdə hökm oxunub. Hokmə görə, Səbinə İmanova 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl keçən il Nəsimi rayonunda baş verib. Səbinə İmanova keçmiş əri olan Adil Məmmədovu nənəsigilə qonaq çağırıb. Onlar birlikdə yemək yeyiblər, spirtli içki qəbul ediblər. İçkili cütlük sərxoş halda bir-birləri ilə mübahisə ediblər. Mübahisə zamanı Səbinə İmanova bıçaqla keçmiş ərini qətlə yetirib.

Törətdiyi cinayət əməlinə görə S.İmanovaya Cinayət

Məcələsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Səbinə İmanova bundan qabaq narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhbusluq həyatı yaşayıb. (virtualaz.org)

İnterpress.az