Tacikistan tütün becərilməsi və siqaret istehsalını BƏRPA EDİRbackend

Tacikistan tütün becərilməsi və siqaret istehsalını BƏRPA EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan tütün becərilməsi və siqaret istehsalını bərpa edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə sənaye naziri Şirəli Kəbir vurğulayıb. O bildirib ki, ölkədə tütün becərilməsi və siqaret istehsalı bərpa ediləcək.

Tacikistanda tütün becərilməsi və siqaret istehsalı 90-cı illərin sonlarından bu yana praktiki olaraq edilməyib. Azad iqtisadi zonada ildə 2 milyard siqaret istehsal gücünə malik zavod tikiləcək.

“Tacikistan yüksək keyfiyyətli tütün yarpağı yetişdirməkdə SSRİ-nin qabaqcıl respublikalarından biri hesab olunurdu”, – nazir deyib.

Respublikada kifayət qədər məşhur sortlar yetişdirilirdi – “Virciniya”, “Dubek”.

Düşənbədəki fabrik vaxtilə Orta Asiyada ən böyük zavodlardan biri idi.

İndi Kəbir deyir ki, ölkə köhnə təcrübəni bərpa etmək istəyir. Braziliya, Pakistan və Hindistan isə tütün istehsalı ölkə daxilində geniş miqyasda qurulana qədər tütün almaq istəyir.

Xuraman Etibarlı

İnterpress.az