İranda iki britaniyalı saxlanılıb.
İnterpress.az xəbər verir ki, Britaniya krallığının Xarici İşlər Nazirliyi məlumat yayıb. İranda iki Britaniya vətəndaşı saxlanılıb.
Departamentin nümayəndəsi saxlanılanlara konsulluq yardımı göstərildiyini və yerli hakimiyyət orqanları ilə əlaqə yaradıldığını təsdiqləyib.
Britaniya Xarici İşlər Nazirliyi Britaniya vətəndaşlarına İslam Respublikasına səfər edərkən saxlanma, həbs və ölüm cəzası riski ilə bağlı xəbərdarlıq edib.
Agentlik xatırladıb ki, Tehran ikili vətəndaşlığı tanımır və İran pasportu olan şəxslər yalnız İran vətəndaşı sayılır.
O, həmçinin vurğulayır ki, İrana səyahət edənlər potensial təhlükələrdən xəbərdar olmalıdırlar, çünki insidentsiz əvvəlki səfərlər təhlükəsizliyə zəmanət verə bilməz.
Xuraman Etibarlı
İnterpress.az