“Orxan sanki duymuşdu ki, şəhid olmağa gedir”backend

“Orxan sanki duymuşdu ki, şəhid olmağa gedir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhidlik zirvəsinin qəhrəman oğlu…

Füzulinin daha bir igid oğlu şəhidlik zirvəsinin ən uca nöqtəsini fəth etdi. Bu şəhidimiz Həmidov Orxan İbrahim oğludur. Orxan Vətəni üçün daha çox işlər görmək üçün xidmətdən artıq qulluq edən igidlərimizdən biri idi. O, bu il 3 il olacaqdı ki, soyuq səngərdə xidmətdə idi. Səngərin divarı evi, silahı qələmi, Füzuli dağları yastığı oldu.

Orxan 1980-cı il mart ayının 29-da Füzuli Rayonu Əhmədalılar kəndində anadan olmuşdu. Evin ən kiçik övladı idi. Uşaqlıqdan Vətənə olan sevgisi ilə yaşıdlarından seçilirdi. Özündən sonra özü kimi Vətən, torpaq qeyrətini çəkən iki oğlu qoyub getdi. Böyük oğlu Vüsal 2007-ci ildə anadan olub. İkinci oğlu Fərid 2009-cu il təvəllüdlüdür. Mən onlarla mayın 14-ü evlərində görüşdum. Şəhidimizin 40 günündən 1 gün sonra.

O divarlar, o soyuq divar hər yerdə Orxan səslənirdi.Yoldaşının gözündə, övladlarının baxışında Orxan var idi. Anası ilə görüşdüm və Orxan qardaşımız haqqında məlumatı onun öz dilindən eşitmək istədim. Anamız Orxanın çəkmələrindən, onun geyimində övladının ətrin duyurdu. Anamızla danışarkən göz yaşları sel kimi axırdı. O, 40 gün idi ki, övladının gələcəyi ümidi ilə gözü yolda qalmışdı.Vətən sağ olsun deyirdi. Övladım arzusuna çatdı deyirdi. Yoldaşı ilə söhbət edərkən söylədi ki, Orxan son gün martın 31-i gecəsi evdən gedərkən anam və ovladlarım sənə əmanət deyib çıxdı. Elə demə Orxan nolub sənə qayıdacaqsan yenə özün övladlarının, ailəvin başında dayanacaqsan dedi. Amma Orxan sanki duymuşdu ki, Vətən üçün bu gecə ağır gecə olacaq, Orxan kimi çox oğullar qanlarını, şirin canlarını Vətənə, Bayrağa fəda edəcəklər. Sanki bunu 2 az yaşlı övladları da duyurdu və atalarından ayrılmaq istəmirdilər.

Ataları onlara Vətən sevgisindən daha çox aşılamaq üçün bir neçə dəfə özünün qulluq etdiyi hərbi hissəyə aparmış və silahlarla tanış edirmiş. Kiçik oğlu ilə söhbət etdim və o qururla atasının şəkillərin, hərbidə çəkdiyi görüntüləri mənə göstərərkən dedi ki, atamın qisasın biz alacağıq. Həmin o qanlı gecədə Orxan komandiri şəhid Elnurla bir olub çiyin çiyinə döyüşə giriblər. Lələ təpə yüksəkliyinin alınmasında bu iki şəhid qardaşımızın əvəzsiz rolu olub. Hər bir ailə üzvünün bir arzusu, bir istəyi var. Şəhidimizin qanı yerdə qalmasın!!

O ailədə diqqətimi bir hadisə çəkdi – böyük oğlunun psixolji sarsıntısı. Atasının nəşi evə gəldiyi zaman psixoloji travma alıb. Və o gündən hər an atam gələcək deyib durur, qəbul edə bilmir ata yoxluğunu. Hətta biz albomları vərəqləyərkən belə o gülümsəyərək baxırdı. Sanki demək istəyirdi ki, atam ölməyib, o gələcək, ölümündən öncə zabit rütbəsi almışdı . Ölümündən sonra isə igidliyinə görə azərbaycan respublikasının prezidenti medalla təltif etdi.

Medal iki oğul övladına verildi. Biz gənc olaraq əsla bu şəhidlərimizi unutmamalıyıq. Onları hər zaman yad edib xatırlamalı və ailələrinin bütün problemlərini bizlər həll etməliyik. Onlar bizim üçün Vətən üçün canların fəda ediblər. Şəhidlər ölməz, Vətən bölünməz!!! Füzuli Torpağım sizləri unutmayacaq, İgidim. Biz var olduqca sizlər bizim qəlbimizdə var olacaqsınız, haqqınızı halal edin, qardaş!(Liderxeber.az)

 "Orxan sanki duymuşdu ki, şəhid olmağa gedir"

 "Orxan sanki duymuşdu ki, şəhid olmağa gedir"

 "Orxan sanki duymuşdu ki, şəhid olmağa gedir"

 "Orxan sanki duymuşdu ki, şəhid olmağa gedir"

İnterpress.az