İkiyaşlı uşaq avtomobili uşaqların oynadığı meydançaya SÜRDÜ – VİDEObackend

İkiyaşlı uşaq avtomobili uşaqların oynadığı meydançaya SÜRDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Voronejdə ikiyaşlı uşağın idarə etdiyi avtomobil uşaq meydançasına çırpılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Voronej şəhərində ikiyaşlı uşaq sükan arxasında olarkən avtomobili digər uşaqların oynadığı meydançaya sürüb.

Şahidlərin sözlərinə görə, azyaşlı sürücü oturacağında, anası isə sərnişin yerində əyləşibmiş.

Minik avtomobili qəfildən yerindən tərpənərək səkidən aşıb, kolları yarıb və sürüşkənə çırpıldıqdan sonra dayanıb.

Xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda polis faktla bağlı araşdırma aparır.

İlkin ehtimallara görə, avtomobil mexaniki sürətlər qutusu ilə təchiz edilib və sürətdə qoyulub, azyaşlı isə sadəcə olaraq açarı fırladaraq maşını hərəkətə gətirib.

Xuraman Etibarlı

İnterpress.az