Hollivudun tanınmış siması Donald Gibb DÜNYASINI DƏYİŞDİbackend

Hollivudun tanınmış siması Donald Gibb DÜNYASINI DƏYİŞDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məktəblilərin qisası” və “Qanlı idman” filmlərinin ulduzu Donald Gibb vəfat edib

İnterpress.az xəbər verir ki, bu barədə “TMZ” aktyorun oğluna istinadən məlumat yayıb.

“Məktəblilərin qisası” (Revenge of the Nerds) və “Qanlı idman” (Bloodsport) kimi məşhur filmlərdəki rolları ilə tanınan amerikalı aktyor Donald Gibb 71 yaşında dünyasını dəyişib.

Məlumata görə, aktyor mayın 12-də Texas ştatında, ailəsinin əhatəsində vəfat edib. Onun ölümünə səbəb xroniki xəstəliklərinin kəskinləşməsi olub.

Donald Qibb Hollivudda özünəməxsus rolları və obrazları ilə yaddaşlarda qalıb.

Xuraman Etibarlı

İnterpress.az