\”Panorama.am\”ın verdiyi xəbərə görə, bunu jurnalistlərlə söhbətində hakim Respublikaçılar partiyasından Ermənistan parlamentinin deputatı Artak Davtyan deyib.
Deputat bildirib ki, erməni tərəfi Qarabağın danışıqlarda tərəflərdən biri olmasını istəyir. Lakin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş şərtlər üzündən separatçıların nümayəndəsi görüşdə iştirak etməyib.
Davtyanın sözlərinə görə, Vyanadakı görüşün baş tutması üçün Azərbaycanın mövqeyinin diqqətə alınması zəruri idi. O, bu barədə danışarkən bildirib ki, \”Bakının mövqeyi nəzərə alınmasaydı, görüş baş tutmayacaqdı və bu əvvəlcədən bildirilmişdi”.
İnterpress.az