Populyar arıqlama dərmanında narkotik TAPILDI – FOTObackend

Populyar arıqlama dərmanında narkotik TAPILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arıqlamaq üçün məşhur pəhriz əlavəsində narkotik tapılıb.

İnterpress.az xəbər verir ki, populyar “Molekul” arıqlama dərmanında yayılması cinayət məsuliyyəti daşıyan güclü təsirli narkotik maddə sibutramin aşkar edilib.

Əlavədə tapılan sibutramin yalançı toxluq hissi yaradan amfetamin seriyasının anoreksiyaedici dərmandır.

“Bu, laboratoriya tədqiqatının nəticəsidir. Tərkibində təhlükəli maddə olan “Molekul”un qəbulu bir sıra ciddi yan təsirlərə səbəb olur”, – laboratoriya analizlərinin cavabında bildirilir.

Həkimlərin bildirdiyinə görə, onu qəbul etməyin yan təsirlərinə aritmiya, taxikardiya, yuxusuzluq və panik atak daxildir.

Xuraman Etibarlı

İnterpress.az