Yumşaq oyuncaqlar unitazdan iki dəfə çox ÇİRKLİDİR – TƏDQİQATbackend

Yumşaq oyuncaqlar unitazdan iki dəfə çox ÇİRKLİDİR – TƏDQİQAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yumşaq oyuncaqlar unitaz və zibil qutularından iki dəfə daha çirklidir.

İnterpress.az Daily Mail-ə istinadən xəbər verir ki, tədqiqat “MattressNextDay” şirkətinin alimləri tərəfindən aparılıb. Mütəxəssislər dörd maddə üzrə yeddi müxtəlif yerdən nümunə götürüblər: ədyal, uşaq oyuncağı, zibil qutusu və tualet oturacağı.

Alimləri xüsusilə yumşaq oyuncaqların üzərində qızılı stafilokok və E. coli kimi təhlükəli bakteriyaların toplanması narahat edir.

Bu patogenlər uşaqlarda təhlükəli infeksiyalara səbəb ola bilər. Bundan əlavə, nəfəs alma və dəri problemlərinə səbəb olurlar.

Yəni oyuncaqlarda toz gənələri və kif də toplanır ki, bu da allergiyaya və astmanın şiddətlənməsinə səbəb ola bilər.

Xuraman Etibarlı

İnterpress.az