Taliban Rusiyadan SSRİ-nin çəkdiyi yolları təmir etməyi XAHİŞ ETDİbackend

Taliban Rusiyadan SSRİ-nin çəkdiyi yolları təmir etməyi XAHİŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban Rusiyadan SSRİ-nin çəkdiyi yolları təmir etməyi xahiş edib.

İnterpress.az xəbər verir ki, bu barədə Əfqanıstanın İctimai İşlər Nazirliyi məlumat yayıb.

Nazir Məhəmməd İsa Sani Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov ilə danışıqlar aparıb.

Söhbət zamanı sovet mühəndisləri tərəfindən salınan strateji əhəmiyyətli Salanq şossesinin yenidən qurulması, eləcə də yeni yol tunelinin tikintisi məsələləri müzakirə edilib.

Rusiya səfiri ölkəsinin bu sahələrdə əməkdaşlığa hazır olduğunu bildirib.

Xuraman Etibarlı

İnterpress.az